iyl
2023
13:11
263

Bank krediti olanlara hüquqşünasdan XƏBƏRDARLIQ - yoxsa 3 ildən sonra...

5 iyl, 2023
13:11
263

Bank krediti olanlara hüquqşünasdan XƏBƏRDARLIQ - yoxsa 3 ildən sonra...

“Banka borcunuzu ödədikdən sonra 3 il (bankın sizə qarşı iddia müddəti) ötsə belə, ödəniş sənədlərini tullamayın və ya bankdan sizə qarşı tələbin olmaması (borcunuzun bağlandığı) barədə arayış alın”.

Den.az
xəbər verir ki, bunu bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib.

Ə.Həsənov tövsiyə edir ki, krediti bağladıqdan sonra “ASAN xidmət” mərkəzlərindən birinə gedib, kredit bürosundan kredit tarixçəsini yoxlayın. Onun sözlərinə görə tarixçəyə baxmaqla banka ödədiyiniz kreditin borcun bağlanmasına yönəldilib-yönəldilmədiyini öyrənə bilərsiniz:

“Bunu niyə etmək lazımdır? Çünki ölkəmizdə elə şeylər baş verir ki, təəccüblənməyə də güc qalmır. Məsələn, bir də gördünüz ki, sizi hüquq-mühafizə orqanına çağırıb dedilər ki, 10 il əvvəl filan banka borcunuz olub, ödəməmisiz. Siz də cavab verirsiniz ki, ödəmişəm. Müstəntiq təsdiqedici sənəd tələb edir. Deyirsiz ki, sənədi atmışam, bankın tələbi var idisə, 3 il ərzində məhkəməyə müraciət edə bilərdi. Müstəntiq də deyir ki, xeyr, ödəməmisiz, sənədiniz də yoxdur, bank da ona görə iddia qaldırmayıb ki, onun hansısa işçisi ilə sövdələşmisiz, "şapka" vermisiz və s. Ya borcu ödəyin, ya da barənizdə cinayət işi açılacaq...”

Ekspert bu cür arzuedilməz hallarla üzləşməmək üçün krediti bağladıqdan sonra arayış əldə edilməsinin vacib olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar