iyl
2023
14:22
370

Nəsimi Nəbizadə AzTV-də işə düzəldi - Açıqlama

5 iyl, 2023
14:22
370

Nəsimi Nəbizadə AzTV-də işə düzəldi - Açıqlama

Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.

Den.az bildirir ki, bu barədə Bakupost.az -a Əməkdar jurnalist özü bildirib.


O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:


"Bakupost-a müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”.


Qeyd edək ki, N.Nəbizadə bu yaxınlarda Bakupost.az -a geniş videomüsahibə vermişdi.


O, müsahibəsində jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi:


"İş təklifləri gözləyirəm. İnanıram ki, mənim səsimi eşidəcəklər".


Böyük rezonans doğuran həmin müsahibədən sonra ölkənin tanınmış adamları, media rəhbərləri "Bakupost" vasitəsi ilə N.Nəbizadə ilə əlaqə saxlayıblar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar