iyl
2023
12:36
128

Valyuta mübadiləsinə dair tələblər sərtləşdirilir

6 iyl, 2023
12:36
128

Valyuta mübadiləsinə dair tələblər sərtləşdirilir

Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.

Den.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

– mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin) və idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

– Lisenziya alınması üçün müraciətə baxarkən Mərkəzi Bank ərizəçinin nizamnamə (şərikli) kapitalında pay sahiblərinin, benefisiar mülkiyyətçilərinin maliyyə vəziyyəti və nizamnamə (şərikli) kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Azərbaycan Respublikası Mərkəzi Bankının sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

– bu maddəs valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsdə sonradan mühüm iştirak payını əldə etmək istəyən və benefisiar mülkiyyətçi olan şəxslərə də şamil edilir.

– Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar