iyl
2023
18:28
195

Altı ayda yarım milyona yaxın icra sənədi icra olunub

6 iyl, 2023
18:28
195

Altı ayda yarım milyona yaxın icra sənədi icra olunub

Məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirilir. 6 ayda yarım milyona yaxın icra sənədinin icrasının təmin edilib və 303 milyon manatdan artıq vəsaitin ödətdirilib.

Den.az bildirir ki, Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.

Diqqətə çatdırılıb ki, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 213 iş üzrə ibtidai istintaq tamamlanıb, fiziki və hüquqi şəxslərə vurulan ziyanla bağlı istintaqın gedişində ödətdirilən vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.

Həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib. Həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, cari ildə 2.200-dən çox şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar