iyl
2023
14:15
174

Quba Soyqırımı Memorial Kompleksində təlim keçirilib - FOTO

7 iyl, 2023
14:15
174

Quba Soyqırımı Memorial Kompleksində təlim keçirilib - FOTO

Quba Soyqırımı Memorial Kompleksində təlim keçirilib. Təlim 100-ə yaxın şagird üçün keçirilib.

"Den.az"ın Şimal bürosunun xəbərinə görə, 07.07.2023-cü il tarixində Quba Soyqırımı Memorial Kompleksi, Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin, “Outsite” şirkətinin birgə təşkilatçılığı ilə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qalib olan "Həm öyrənək, həm dincələk!" layihəsinin 100-ə yaxın şagirdi üçün Soyqırımı Memorial Kompleksində 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş bələdçilik təlimi  keçirilmişdir. Təlimdə kompleksin mətbuat katibi Abutalıb Turabov “Qoruq və muzeylərin təbliğində bələdçinin rolu və şəxsi örnək”,  mütəxəsis Aysu Bülbülzadə isə “Bələdçi olmaq üçün nələri bilməliyik?” mövzularında çıxışlar etmişlər.

Daha sonra məktəblilər üçün kompleksin ziyarəti təşkil olunmuşdur və onlara 1918-ci il hadisələri ilə bağlı məlumat verilmişdir. Sonda təlim iştirakçılarına sertifikat və bukletlər təqdim edilmişdir.

Aydın Adıgözəlov 

Den.az


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar