iyl
2023
13:59
250

Toğrul Əsgərova vəzifə verildi

8 iyl, 2023
13:59
250

Toğrul Əsgərova vəzifə verildi

Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub.

Den.az Prosport.az-a istinadən xəbər verir ki, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb.


O, qızlardan ibarət U-17 və U-20 millilərimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib.
Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar