iyl
2023
18:39
291

Xızıdakı yanğınla bağlı FHN məlumat yayıb - FOTO-VİDEO

8 iyl, 2023
18:39
291

Xızıdakı yanğınla bağlı FHN məlumat yayıb - FOTO-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 
 
"Den.az" nazirliyin rəsmi internet səhifəsinə istinadən məlumat verir. 
Rəsmi internet səhifəsində bildirilir ki, "Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir. 
 
Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, xüsusilə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.
 Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar