Xəbərin Kateqoriyası: Maraqli məlumatlar

“Coca-Cola” və “Pepsi” Ukraynada fəaliyyətini dayandıra bilər

Ukraynada “Coca-Cola”, “PepsiCo” və “Carlsberg” müəssisələri içməli suyun təmizlənməsi ilə bağlı yaranan problemlərə görə bağlanma təhlükəsi ilə üzləşib. Məhsulların istehsalı dayandırıla bilər.

Den.Az xəbər verir ki, bunu iyulun 13-də Avropa Biznes Assosiasiyasının müdir müavini Svetlana Mixaylovskaya bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik qaydalarına əsasən, şirkətlər öz zavodlarında xlor saxlaya bilmirlər və onun tədarükü ilə bağlı çətinliklər yaranıb. 

İyulun əvvəlində Ukrayna paytaxtının sakinlərini içməli su ilə təmin edən “Kiyevvodokanal”  suyun dezinfeksiyası ilə bağlı çətinliklərin olduğunu bildirib. Bu da ölkədə mərkəzləşdirilmiş su təchizatının kəsilməsinə səbəb ola bilər.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız