12 
iyl
2023
18:53
596

Türkləri təhqir edən nazir üzr istədi: “Axmaqlıq etdim”

12 iyl, 2023
18:53
596

Türkləri təhqir edən nazir üzr istədi: “Axmaqlıq etdim”

46 yaşlı Finlandiyanın maliyyə naziri Riikka Purra işlətdiyi “türk meymunları” ifadəsinə görə üzr istəməli olub.

Den.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Finlandiyanın maliyyə naziri Riikka Purra bunu “gənclik səhvi” olaraq xarakterizə edərək dediyi ifadəyə görə üzr istəyib.


Qeyd edək ki, Finlandiyanın maliyyə naziri Riikka Purra ifrat sağçı olduğundan irqçi yazıları ilə məşhurdur.

O hələ 2008-ci ildə müxtəlif bloq yazılarında dəfələrlə irqçi mövqeyini ortaya qoyub. Nazir hətta bir məqaləsində qatarda tanış olduğu bir qrup gənc mühacir haqqında belə deyir:  "Mənə silah versələr, qatarda cəsədlərlə dolu olduğunu görərdiniz”.

O başqa bir məqaləsində türk mühacirləri hədəf alaraq onlar barəsində “türk meymunları”,  “Bu gün Helsinkidə dilənçilərə və qaradərili uşaqlara tüpürmək istəyən varmı?” kimi ifadələrin müəllifidir. 

Purra səhvlərinə görə, incitdiyi şəxslərdən üzr istədiyini və bunu “axmaqlıq” adlandırıb.

Tviter hesabında açıqlama verən Purra deyib ki, “mən mükəmməl insan deyiləm, səhvlər etdim”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar