14 
iyl
2023
16:15
293

ARAİKİN HƏBS ETDİRDİYİ XOCALI CƏLLADININ DOSYESİ – BALASANYAN KİMDİR?

14 iyl, 2023
16:15
293

ARAİKİN HƏBS ETDİRDİYİ XOCALI CƏLLADININ DOSYESİ – BALASANYAN KİMDİR?

Xankəndidəki qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan “hakimiyyət nümayəndəsini” zorakılıqla hədələdiyi üçün saxlanılıb. Xocalı cəlladı Balasanyan “xidmət orqanının nümayəndəsinə” və ya onun yaxın qohumuna “xidməti vəzifələrinin icrası” zamanı zor tətbiq etmə hədəsi ilə ittiham olunur. Saxlanıldıqdan sonra ona bədən xəsarətləri yetirilib. Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu da saxlanılıb.

Den.az Tribunainfo.az-a istinadən xəbər verir ki, 1959-cu ildə Əsgəranda anadan olan Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir ermənidir. Siyasətçi, ictimai xadim, “DQMV” Milli Şurasının deputatı, “Arsax”ın qəhrəmanı hesab edilir.

Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik edib. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilib. 1999-cu ildən 2005-ci ilə qədər isə tanınmayan “DQR”-nin müdafiə nazirinin müavini olub.
Balasanyan “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub.

Vitali Balasanyan öz millətinə qarşı da qəddarlıq edib. O zamanlar Qarabağdakı mülki erməni əhaliyə qarşı qəddarlığa Vitali Balasanyan və Emənistanın keçmiş prezidenti Serj Sarkisyan başçılıq edib. Belə ki, onlar kəndlərə, rayonlara gedərək, azərbaycanlılara qarşı muharibəyə qoşulmayan dinc ermənilərin arvadlarını, qızlarını, gəlinlərini elə öz gözlərinin qarşısında zorlayıb. Ya da oğurlayıb özlərilə aparıblar.
Balasanyan 2016-cı ilin aprel ayında Qarabağda baş verən Dördgünlük müharibədə də iştirak edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar