14 
iyl
2023
21:10
246

Lənkəranda 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

14 iyl, 2023
21:10
246

Lənkəranda 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb -FOTO

Lənkəranda 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Dün.az xəbəe verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb. 

1967-ci il təvəllüdlü kənd sakini Rövşən Dədəxan oğlu Yüzbaşıyev  balıq tutmaq məqsədi ilə əlində olan  qırmağı kanala atmaq istəyib. Bu zaman onun qırmağı yüksək gərginlikli elektrik xəttinə toxunub. Onu elektrik cərəyanı vurub və o hadisə yerində ölüb. Qeyd edək ki, kanalın yaxınlığından  yüksək gərginlikli elektrik xətti keçir və elektrik xətlərinin yerlə məsafəsi azdır.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar