14 
iyl
2023
22:42
186

İranda güclü qum fırtınası: 565 nəfər xəsarət aldı

14 iyl, 2023
22:42
186

İranda güclü qum fırtınası: 565 nəfər xəsarət aldı

İyulun 12-də İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində güclü qum fırtınası baş verib.

Den.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə regionun böhran qərargahının rəhbəri Məcid Möhəbbi məlumat verib.

"İyulun 12-dən indiyədək Zabol, Zahak, Xamun, Xirmənd və Nimruz bölgələrində 565 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 46-sı xəstəxanaya yerləşdirilib", - Möhəbbi qeyd edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar