17 
iyl
2023
16:24
301

Azərbaycanda bu şəxslərin maaşı üç dəfə artıb

17 iyl, 2023
16:24
301

Azərbaycanda bu şəxslərin maaşı üç dəfə artıb

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əməkhaqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb.

Den.az bildirir ki, bu barədə bu gün TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

"Qeyd edilən artım ölkə üzrə əhalinin orta aylıq əməkhaqqından 1.5 dəfə yüksəkdir. Avropada bu rəqəm orta aylıq əməkhaqqına nisbətdə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır.",- deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar