17 
iyl
2023
22:03
279

Rusiyada daha bir təyyarə qəzası: Ölən var

17 iyl, 2023
22:03
279

Rusiyada daha bir təyyarə qəzası: Ölən var

Rusiyada Su-25 tipli döyüş təyyarəsinin planlı təlim uçuşu edərkən Krasnodar bölgəsində Azov dənizinə düşüb.

Den.az-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Krasnodar vilayətinin Yeysk şəhərinin qubernatoru Roman Bublik yazılı açıqlamasında Azov dənizinə düşən Su-25 təyyarəsinin pilotunun həyatını itirdiyini bildirib.


Rusiya mətbuatında yer alan xəbərlərdə pilotun fırlatma oturacağı ilə təyyarədən atıldığı, lakin dənizə düşdükdən sonra paraşütün kəndirlərinə qarışaraq boğularaq öldüyü bildirilir.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar