18 
iyl
2023
22:23
179

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyi yaradılıb- FOTO

18 iyl, 2023
22:23
179

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyi yaradılıb- FOTO

Qərbi Azərbaycan İcmasının  Sumqayıt   şəhəri  üzrə nümayəndəliyi fəaliyyətə başlayıb.




Den.az xəbər verir ki, iyulun 17-də Sumqayıtda Qərbi Azərbaycan İcması (QAİ) nümayəndəliyinin açılış mərasimi olub. Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, QAİ-nin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, QAİ Gənclər Birliyinin üzvü, millət vəkili Emin Hacıyev, Sumqayıt şəhər rəhbərliyi, ziyalılar, şəhər nümayəndələri iştirak eiblər.


 Tədbir  iştirakçıları əvvəlcə Sumqayıt şəhərində Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.


 Sonra İcmanın yeni nümayəndəliyinin otaqlarına baxış keçirilib, burada yaradılan şəraitlə tanış olublar.

 

Ardınca Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Qərbi Azərbaycan İcmasının rəhbərliyinin İcmanın Sumqayıt şəhər nümayəndəliyinin üzvləri ilə görüşü keçirilib.   Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açılış nitqi ilə çıxış edib.

 

Sonra çıxış üçün söz Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. O, İcmanın strukturu, məqsədləri, fəaliyyəti barədə geniş məlumat verib, İcmanın Sumqayıt nümayəndəliyinin yaradılması ilə bağlı icma üzvlərini təbrik edib, nümayəndəlik qarşısında duran vəzifələrdən danışıb, İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılovu ictimaiyyətə təqdim edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb, İcmanın Sumqayıt şəhər nümayəndəliyinin yaradılmasına göstərdiyi dəstəyə görə İcmanın Qəyyumlar Şurasının üzvü Nizami İsgəndərova öz təşəkkürünü bildirib.

 

Daha sonra Milli Məclisin deputatları Hikmət Babaoğlu, Emin Hacıyev, Yeni Azərbaycan Partiyasıİcma Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, şəhər ziyalıları, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər fəalları çıxış ediblər.












Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar