21 
iyl
2023
19:06
126

Paşinyan rusiyalı diplomatla Qarabağı müzakirə etdi

21 iyl, 2023
19:06
126

Paşinyan rusiyalı diplomatla Qarabağı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayev Qarabağı müzakirə ediblər.

Den.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Laçın yolunu da müzakirə ediblər. "Paşinyan mövcud vəziyyətlə bağlı məsələlərin müzakirəsinin vacibliyini qeyd edib", - məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, Paşinyan həmsöhbətinə vəziyyətin həlli ilə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar