29 
may
2023
15:03
184

İtaliyada ad günü qeyd edən turistlərin gəmisi batdı

29 may, 2023
15:03
184

İtaliyada ad günü qeyd edən turistlərin gəmisi batdı FOTO

İtaliyanın şimalında göyərtəsində 20-dən çox sərnişinin olduğu turist gəmisi batıb.

Azı iki nəfərin həlak olduğu, iki nəfərin isə itkin düşdüyü bildirilir.

Məlumata görə 25 nəfərin olduğu 16 metrlik gəmi güclü külək nəticəsində batıb, gəmidə olan həs kəs isə suya düşüb.

Onların çoxu üzərək sahilə çıxa bilib, bir neçə nəfər isə digər şəxslər tərəfindən xilas edilib.
Xilasedicilərin sözlərinə görə, itkin düşən şəxslərin axtarışları davam etdirilir, helikopterlər və təcili tibbi yardım maşınları işə cəlb olunublar.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar