22 
iyl
2023
20:49
976

Biz çatanda boğazından qan axırdı-XIRDALANDA BAŞ VERƏN QƏTLİN BƏZİ TƏFƏRRÜATLARI MƏLUM OLUB-VİDEO

22 iyl, 2023
20:49
976

Biz çatanda boğazından qan axırdı-XIRDALANDA BAŞ VERƏN QƏTLİN BƏZİ TƏFƏRRÜATLARI MƏLUM OLUB-VİDEO

Abşeronda baş verən dəhşətli qətlin bəzi təfərratları məlum olub.


"Den.az" xəbər verir ki, hadisə rayonun Xırdalan şəhər Mexdəstə adlanan ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlu öz tanışı 2005-ci il təvəllüdlü Mirzəyev Fərid Nafiz oğlu tərəfindən bıçaqlanıb. Bıçaq Sərdarın boğaz nahiyəsinə nüfuz etdiyindən o çoxlu qan itirib və elə hadisə yerində ölüb. Şahidlərin sözlərinə görə, iki gənclərdən biri hadisə yerinin beş metrliyində yaşayır. Gənclər əvvəlcə mübahisə ediblər. Sonra əlbəyaxa dava olub. Fərid Mirzəyev cibindən bir bıçaq çıxararaq Sərdarın boğazına soxub. Öldürülən Sərdar Abbasov Xırdalan şəhər 6 nömrəli məktəbin məzunu olub. 

Qətli törədən Fərid Mirzəyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar