24 
iyl
2023
19:11
158

Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi ilə görüşdü

24 iyl, 2023
19:11
158

Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi ilə görüşdü

24 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Den.az xəbər verilir ki, XİN-dən verilən məlumata görə, görüşdə, Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, cari ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası çərçivəsində 18-19 sentyabr tarixlərində təşkil olunacaq DİM Sammitinin dayanıqlı inkişaf gündəliyinin icrasının mövcud vəziyyətinin təhlili baxımından əhəmiyyətini qeyd edib. Qarşı tərəf, milli səviyyədə DİM-ə nail olunması məqsədilə görülən işlər, ölkəmiz üçün əhəmiyyət kəsb edən məqsəd və hədəflərə çatmaq məqsədilə yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma işləri, yaşıl enerji zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edib. Ermənistan tərəfindən hərbi-siyasi təxribatların və mina təhdidinin davam etdirilməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib. Ermənistanın işğalı nəticəsində didərgin düşmüş məcburi köçkünlərimizin qayıdış prosesi və aparılan yenidənqurma işləri baxımından minatəmizləmə fəaliyyətinin vacibliyi və minatəmizləmənin DİM-dən biri olması təşəbbüsünün əhəmiyyəti vurğulanıb.

Rezident əlaqələndirici Vladanka Andreyeva, Azərbaycan tərəfindən DİM-in təşviqi istiqamətində görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar