25 
iyl
2023
14:42
189

Xudatda avtomobillər toqquşub, xəsarət alanlar var

25 iyl, 2023
14:42
189

Xudatda avtomobillər toqquşub, xəsarət alanlar var

Xudatda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Den.az" ın Şimal bürosunun məlumatına görə, Xudat-Nabran avtomobil yolunun Müqtədir qəsəbəsindən keçən hissəsində  "VAZ-2106" və  "VAZ-2105" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Səfərov Elvin Mahir oğlu,  2000-ci il təvəllüdlü Şahbazov Seyid İlham oğlu, 1999-cu il təvəllüdlü Mirzəyev Ağa Ələddin oğlu, 1991-ci il təvəllüdlü Şahverdiyev Elşad Hikmət oğlu və Əlimuradov Aydın Məlik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Nüşabə Baxşıyeva

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar