25 
iyl
2023
22:19
216

Cəlilabad rayonunun bir sıra təhsil müəssisələrində tikinti və əsaslı təmir işlərinə start verilib

25 iyl, 2023
22:19
216

Cəlilabad rayonunun bir sıra təhsil müəssisələrində tikinti və əsaslı təmir işlərinə start verilib -FOTO

Cəlilabad rayonunun bir sıra təhsil müəssisələrində  tikinti və əsaslı təmir həyata keçirilir.


"Den.az"-ın yerli bürosunun məlumatına görə, Cəlilabad rayonu üzrə 8 məktəbdə tikinti və əsaslı təmir işləri aparılır. 

Belə ki, rayonun Vənlik kənd ümumi orta məktəbi, Söyüdlü kənd ibtidai məktəbi, Sarxanlı kənd ümumi orta məktəbi, Moranlı kənd ümumi orta məktəbi, Əsədli kənd tam orta məktəbi və Həsənli kənd ümumi orta məktəbi üçün modul tipli məktəblər tikilir. 

Həmçinin rayonun Sabirabad kənd 2 nömrəli tam orta məktəbi əsaslı təmir edilir və rayonun Sərhədabad kənd tam orta məktəbi üçün birtipli layihə əsasında yeni bina tikilir.

Növbəti tədris ilində məktəblərin istifadəyə verilməsi nəzərdə tutulub.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar