26 
iyl
2023
15:18
162

Goranboyun kəndlərində sel fəsadlar törətdi - FOTOLAR

26 iyl, 2023
15:18
162

Goranboyun kəndlərində sel fəsadlar törətdi - FOTOLAR

Ötən gecə güclü yağışın ardından yaranan sel suları Goranboyun 3 kəndində fəsadlar törədib.

Den.az xəbər verir ki, rayonun Goranlı, Qazançı, Kürəkçay kəndlərində təbiət hadisəsi zamanı həyətlərə, evlərə, tövlələrə su dolub. Kürəkçay kəndi ərazisindən axıb gedən sel suları dəmiryol xəttinin kənarında kiçik göl yardıb.

Yağışdan sonra yaranan sel Goranlı kəndində 3 sakinin həyətinə dolub. 

Sel suları adıçəkilən kəndlərə qonşu olan Qazançıda da otlaq sahələrinə həmçinin sakinlərə məxsus həyətlərə,tövləyə də dolub.

Sakinlərin verdiyi məlumata görə xırdabuynuzlu heyvanlardan tələf olanlarda var. Güclü yağış kənd yollarını da yararsız hala salıb.

Goranboy rayonun 3 kəndində selin yaratdığı fəsadların aradan qaldırılması üçün Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılır.

Qeyd edək ki, iyun,iyul aylarının əvvəlində də Goranboyun bir neçə yaşayış məntəqlərində sel suları ciddi fəsadlar törətmişdir.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar