27 
iyl
2023
10:48
134

Nazirliklə sabiq deputatın bankının məhkəmə çəkişməsi

27 iyl, 2023
10:48
134

Nazirliklə sabiq deputatın bankının məhkəmə çəkişməsi

Bakı Kommersiya Məhkəməsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Cihazqayırma Zavodu” MMC-nin “Muğanbank” ASC-yə qarşı iddia üzrə məhkəmə iclası davam etdirilib.

Den.az  xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanln sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 2-nə təyin edilib.
Qeyd: “Bakı Cihazqayırma Zavodu” MMC “Muğanbank” ASC-ni məhkəməyə verərək bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma: “Azərneft” kombinatının tərkibində “Bakı Alət Zavodu” olaraq yaradılan “Bakı Cihazqayırma Zavodu” MMC 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Mətbuatda yayılan məlumata görə, nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda bankın əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır. Daha əvvəl “Muğanbank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bu yaxınlarda bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib. Bundan başqa, bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb. Bu ilin əvvəlində “Muğanbank” ASC-nin səhmdarları aşağıdakı kimi olub:

Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.

Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib. Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır. Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçün professordur.
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar