27 
iyl
2023
18:49
665

AVROPA İTTİFAQI AĞDAM YOLUNA QARŞI ÇIXDI – KƏLƏFİN UCU GÖRÜNDÜ…

27 iyl, 2023
18:49
665

AVROPA İTTİFAQI AĞDAM YOLUNA QARŞI ÇIXDI – KƏLƏFİN UCU GÖRÜNDÜ…

Josep Borrell-in fikrincə, humanitar yardım məsələsini siyasiləşdirmək olmaz.

Den.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Aİ Azərbaycanın Ağdam vasitəsilə yükləri çatdırmağa hazır olduğunu qeyd edib, lakin bu, Laçın dəhlizinin açılmasına alternativ deyil. Bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.

Onun sözlərinə görə, Brüssel “keçmiş Qarabağ Muxtar Vilayətində humanitar vəziyyətdən narahatdır. Avropanın baş diplomatı xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti 7 aydan çoxdur ki, əngəllənir.

“Dərmanlar və zəruri mallar ya çatmır, ya da ümumiyyətlə yoxdur ki, bu da yerli əhali üçün ağır nəticələrə gətirib çıxarır. Azərbaycan hakimiyyəti Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına ən qısa zamanda təminat verməyə və gərginliyin daha da artmasının qarşısını almağa borcludur”. Borrell bildirib.

Avropa İttifaqının və xüsusən də Avropa Şurasının prezidenti Çarlz Mişelin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini fəal dəstəklədiyini, həmçinin Bakı ilə Xankəndi arasında dialoqun təşviqində iştirak etdiyini qeyd edən Borrell bunun həm də danışıqların nəticələrinə bütün tərəflərin həqiqi öhdəliyi və ümumi maraqlara və qarşılıqlı etimada əsaslanan gələcəyə bağlılığını tələb etdiyini vurğuladı.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar