28 
iyl
2023
17:57
156

Prezident çağırışçılar və hərbi vəzifəlilərlə bağlı fərman İMZALADI

28 iyl, 2023
17:57
156

Prezident çağırışçılar və hərbi vəzifəlilərlə bağlı fərman İMZALADI

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydasına dəyişikliklər ediləcək.

Den.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 914-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabinetinə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması prosedurunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda üç ay müddətində müvafiq dəyişikliklər edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar