30 
iyl
2023
10:14
215

Bakıda evdə üç kişi bıçaqlandı - Ölən var

30 iyl, 2023
10:14
215

Bakıda evdə üç kişi bıçaqlandı - Ölən var

İyulun 29-da saat 23:00 radələrində 1 nəfərin kəsici-deşici xəsarətlərdən ölməsi, 2 nəfərin isə kəsici-deşici xəsarətlər alması barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Den.az-a Suraxanı rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il tarixli Bəkir Qurbanovun bıçaq xəsarətləri alması, sonuncunun həmin xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

İmamverdi Quluzadə və Şahin Əhmədovun müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar