30 
iyl
2023
13:48
153

İranda daşqın: 133 nəfərə ziyan dəydi

30 iyl, 2023
13:48
153

İranda daşqın: 133 nəfərə ziyan dəydi

İranın cənub-şərqində yerləşən və ölkənin ən quraq əyalətlərindən biri hesab edilən Sistan və Bəlucistanda daşqınlar nəticəsində azı 133 nəfər zərər çəkib.
 
Den.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin yerli bölməsinin rəhbəri bildirib.
 
Daşqınlara Sarbaz çayının daşması səbəb olub. Çayda suyun səviyyəsi 1985-ci ildən ən yüksək həddə çatıb. Nəticədə 80 yaşayış binasını su basıb.
 
Yerli hakimiyyət orqanları yeni daşqınların olacağı barədə xəbərdarlıq edib.
 
Sonuncu dəfə iyulun 2-dən 7-dək 1 000-dən çox insan təbii fəlakətdən zərər çəkib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar