30 
iyl
2023
20:48
183

Roma Papası Rusiyaya müraciət etdi: Bu, Allaha qarşı təhqirdir

30 iyl, 2023
20:48
183

Roma Papası Rusiyaya müraciət etdi: Bu, Allaha qarşı təhqirdir

Roma Papası Fransisk Rusiya hakimiyyətinə müraciət edib.
 
Den.az xəbər verir ki, o, Rusiyanı Qara dəniz limanlarından Ukrayna taxılının ixracı ilə bağlı müqaviləni yeniləməyə çağırıb.
 
"Mən qardaşlarımı, Rusiya hakimiyyətinin nümayəndələrini taxılın təhlükəsiz daşınması üçün Qara dəniz təşəbbüsünü yeniləməyə çağırıram", - o bildirib.
 
Fransisk Ukraynada taxılın məhv edilməsini pisləyib və bunu “Allaha qarşı ağır təhqir” adlandırıb.
 
Ukrayna prezidenti Volodimir Zelenski "Twitter" hesabında Roma Papasının müraciətini dəstəkləyib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar