30 
iyl
2023
21:13
217

DSX-nin əsgəri qəfil vəfat etdi

30 iyl, 2023
21:13
217

DSX-nin əsgəri qəfil vəfat etdi

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.

DSX-nin Mətbuat mərkəzindən Den.az-a bildirilib ki, hərbçiyə dərhal ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar