30 
iyl
2023
21:22
315

Üç gün xarab liftdə oturan qadın öldü

30 iyl, 2023
21:22
315

Üç gün xarab liftdə oturan qadın öldü

Özbəkistanın paytaxtında yeni tikilidə gənc qadının meyiti tapılıb. Məlum olub ki, 32 yaşlı yerli sakin 3 gün xarab liftdə oturub.

Den.az xarici mediaya istinadla bildirir ki, respublika prokurorluğunun məlumatına görə, faciə Daşkəndin Parkent küçəsindəki evdə baş verib.

Müşahidə kameralarının görüntüləri sayəsində iyulun 24-də poçtalyon işləyən qadının lift vaqonuna daxil olduğunu müəyyən etmək mümkün olub.

İyulun 26-da qohumları onu axtarışa veriblər.

Daha sonra qadının meyiti tapılıb. Ekspertlərin fikrincə, o, kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində dünyasını dəyişib. Qadının fəryadını isə heç kim eşitməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar