avq
2023
22:11
517

Ramil Məmmədli Bakı Baş Səhiyyə Mərkəzində yüksək posta təyin edildi

1 avq, 2023
22:11
517

Ramil Məmmədli Bakı Baş Səhiyyə Mərkəzində yüksək posta təyin edildi -FOTO

Bakı Baş Səhiyyə Mərkəzinin Vətəndaş müraciəti və sənədlərlə iş departamentinin ümumi şöbəsinə müdir təyinatı olub.


"Den.az" xəbər verir ki, bu vəzifəyə Ramil Məmmədli gətirilib.

Qeyd edək ki, Məmmədli Ramil Şamil oğlu 7 aprel 1982–ci ildə Biləsuvar rayonunda anadan olub. 

O, 2000-2004 - cü illərdə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati İdarəetmə" fakültəsində də təhsil alaraq, Menecment ixtisasına yiyələnib. Ramil Məmmədli əmək fəaliyyətinə Silahlı Qüvvələrdə başlayıb. 2005-2009-cu illərdə zabit kimi müxtəlif vəzifələrdə çalışıb. Daha sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb təhsil kompleksində, Lənkəran İstək Liseyində və Biləsuvar şəhər texniki fənnlər təmayüllü məktəbində müvafiq vəzifələrdə çalışıb. Həmçinin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsində şöbə müdiri olub, eyni zamanda Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ümumi şöbəsinin müdiri və Respublika Klinik Xəstəxanasının Ümumi şöbəsinin müdiri işləyib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar