avq
2023
16:54
171

Qarabağ müharibəsində itkin düşmüş Əlibala Abdullayevin bacısı: "İtkin düşmüş yaxınlarımızın taleyinə aydınlıq gətirilsin"

3 avq, 2023
16:54
171

Qarabağ müharibəsində itkin düşmüş Əlibala Abdullayevin bacısı: "İtkin düşmüş yaxınlarımızın taleyinə aydınlıq gətirilsin"

"Biz istəyirik ki, Qarabağ müharibəsində itkin düşmüş yaxınlarımızın taleyinə aydınlıq gətirilsin".

Den.az bildirir ki, bunu "Report" a açıqlamasında Qarabağ müharibəsində itkin düşmüş Abdullayev Əlibala Teyyub oğlunun bacısı Məsmə Bağırova deyib.

Onun sözlərinə görə, qardaşı müharibəyə könüllü formada yollanıb:

"Xocalı hadisələrindən sonra qardaşım evdə qərar tuta bilmirdi. Vətən ağrısı onu hədsiz dərəcədə incidirdi. Deyirdi ki, burada qala bilmirəm, mən də getməliyəm. Qardaşım könüllü formada müharibəyə yollanıb. Onu Ağdam rayonuna apardılar. 1992-ci ilin sentyabrın 19-da isə qardaşım itkin düşüb. Bu günə qədər ondan heç xəbər ala bilməmişik. Üstündən illər keçib, valideynlərimiz də qardaşımın intizarı ilə bu həyatdan köçdülər. Çox şükür torpaqlarımız alınıb, artıq azaddır".

"Biz istəyirik ki, heç olmasa bu itkinlərimizin taleyinə bir aydınlıq gətirilsin. Əgər şəhid olubsa məzarı, qalıqları haqqında məlumat verilsin. Buna görə də beynəlxalq təşkilatlara, BMT-yə müraciət edirik. Bizim səsimizə səs verilsin və itkin ailələri az da olsa sakitlik tapsın" - M.Bağırova bildirib.
Qeyd edək ki, "Qarabağ itkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar