avq
2023
20:15
193

İranda 11 nəfər bu səbəbdən edam edildi

3 avq, 2023
20:15
193

İranda 11 nəfər bu səbəbdən edam edildi

Son bir neçə gündə İranda narkotiklə əlaqəli cinayətlərdə mühakimə olunan 11 nəfər edam edilib.

"Den.az" xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) məlumat yayıb.

Bildirilib ki, Zahidan Mərkəzi Həbsxanasında 9 İran və 2 Əfqanıstan vətəndaşı asılıb.

Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər.

Qeyd edək ki, IHR-ın məlumatına görə, 2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayı 423 nəfərdir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar