avq
2023
00:47
243

“Neftçi” “Beşiktaş”la qarşılaşacaq

4 avq, 2023
00:47
243

“Neftçi” “Beşiktaş”la qarşılaşacaq

“Neftçi”nin Avropa kuboklarındakı növbəti rəqibi müəyyənləşib.

Den.az Apasport.az saytına istinadən xəbər verir ki, “ağ-qaralar” “Beşiktaş”la qarşılaşacaq.

İstanbul klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Tirana”nı mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesablı qələbə qazanan “qartallar” Albaniyada da qalib gəlməyi bacarıblar. 2:0 hesabı ilə başa çatan oyunda “Beşiktaş”ın qollarını Amartey və Abubakar vurublar. Turnirin III təsnifat mərhələsinin ilk oyunu avqustun 10-da İstanbulda keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, “Neftçi” iki oyunun nəticəsinə görə, “Jelezniçar”dan üstün olub (2:2, 2:0).

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar