Xəbərin Kateqoriyası: Maraqli məlumatlar

Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verdi


Moskva məhkəməsi 10 milyon dollar girov qarşılığında 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında ittiham olunan Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovla bağlı həbs-qətimkan tədbirini dəyişdirib. 

Den.Az xəbər verir ki, bununla bağlı TASS agentliyi Mərdanovun vəkiliAleksey Smirnova istinadla məlumat yayıb. 

“Qərar dərhal qüvvəyə minib, ancaq müəyyən prosedurlar var ki, onları yerinə yetirmək üçün bizə bir neçə gün lazımdır”, - vəkil bildirib. 

İstintaq materiallarına görə, 2004-cü ildə törədilən məlum cinayət hadisəsində azı yeddi nəfər iştirak edib. Onlar arasında Telman İsmayılov və qardaşı oğlu, “Praqa” restoranının keçmiş direktoru Zaur Mərdanovun adları hallanır.

Sentyabrın 17-də İstintaq Komitəsi onlara qarşı adam oğurluğu maddəsi ilə cinayət işi başladıb. 

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız