avq
2023
12:30
97

Rusiya Azərbaycanı hədələdi: Qərb dediyi olsa, müharibə başlayacaq

4 avq, 2023
12:30
97

Rusiya Azərbaycanı hədələdi: Qərb dediyi olsa, müharibə başlayacaq

"Azərbaycanla Ermənistan arasında lazımı və keyfiyyətli hazırlıq işi aparmadan tələsik sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrlə nəticələnəcək".

Den.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

"Tələsik hazırlanmış, çiy sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, bu, gələcəkdə yeni münaqişələr və faciələr üçün zəmin yaradacaq. Prioritet sürət deyil, sülh müqaviləsinin balanslaşdırılmış, qarşılıqlı şəkildə qəbul olunan keyfiyyətli varinatının hazırlanması olmalıdır”, - deyə diplomat vurğulayıb.


Beləliklə, o, vaxtaşırı Qərb paytaxtlarının Bakı və İrəvanın “demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatlarına diqqət çəkib. Qonçarın fikrincə, Rusiya müqavilənin imzalanma vaxtının tərəflərin özlərinin müəyyən etməsinin tərəfdarıdır:

"Məsuliyyətli vasitəçilərin vəzifəsi konyuktur mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, möhkəm, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir. Onlar regionda mövcud reallıqlara, ilk növbədə Rusiya-Ermənistan-Azərbaycan arasında ən yüksək səviyyədə əldə olunan bəyanatlara və onların əsasında fəaliyyət göstərən mexanizmlərə istinad etməlidirlər”, - deyə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru əlavə edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar