avq
2023
13:59
125

Şəhid oğluna yüksək VƏZİFƏ VERİLDİ

4 avq, 2023
13:59
125

Şəhid oğluna yüksək VƏZİFƏ VERİLDİ

Oruc Cavanşir oğlu İbrahimov “Azərsun Holdinq”-də Müşavir vəzifəsinə təyin edilib. 
 
Den.az xəbər verir ki, biznes və marketinq sahəsində zəngin təcrübəyə malik Oruc İbrahimov bundan öncə uzun müddət  Korporativ Kommunikasiyalar, Marketinq, eləcə də Biznesin İnkişafı departamentlərinə rəhbərlik edib. Bank sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışdığı müddətdə bir çox sosial yönümlü dövlət əhəmiyyətli layihələr həyata keçirib. Son 2 ildə ABŞ, Avropa və ölkə daxilində mühüm lahiyələrdə iştirak edib. Müxtəlif beynəlxalq təlim və seminarlara qatılıb. Həmçinin uzun zamandır ki, biznes konsultant kimi fəaliyyət göstərir. Fərqli bizneslərə konsultantlıq edərək, bu istiqamətdə özünə güvən və müsbət imic formalaşdırıb. 
 

O, “Azərsun Holdinq”-də Marketinq, İctimai əlaqələr, Sosial lahiyələr və İnnovativ həllərin inkişafı sahəsində öz dəstəyini göstərəcək.
 
Qeyd edək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun övladıdır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar