Xəbərin Kateqoriyası: Maraqli məlumatlar

Üzüklər və barmaqlar

Qədim zamanlarda üzükləri yalnız bəzək əşyası kimi qiymətləndirmirdilər, hətta onları magik qüvvəyə malik olan atribut və talisman kimi daşıyırdılar. Məhz bu səbəbə görə də insanlar nikahlarını elan edərəkən barmaqlarına üzük taxırlar. Böyük sehirbazlar deyirdilər ki, insnaların üzükləri taxmaq istədikləri barmaqlar onların xarakterini və zövqünü bildirir. Barmağınızda olan üzüklər də həmin xarakterləri daha çox nəzərə çarpdırır. Hətta dövrümüzün psixoloqları belə deyirlər ki, barmaqlarınızdakı üzüklər sizin haqqınızda kifayət qədər söz deməyə malikdir. Sizin qorxularınız, əhvalınız, xarakter və hərəkətləriniz belə burada özünü göstərə bilir.
Bütün bunlar isə ilk baxışdan bilmək mümkündür. Gəlin barmaqlarımıza baxaq;

Baş barmaq
Baş barmaqda olan üzüklər düşünülməyəcək dərəcədə olan emosionallıqdan və enerjidən xəbər verir. Əsəbləşən insanların baş barmaqda üzük daşımaları nəticəsində onlar heç xoşa gəlməyən və ədalətsiz sözlər işlədə bilərlər. Həmçinin insanların müəyyən fikirlərinin dəyişilməsində rol oynaya da bilərlər. Əlbəttə bunlar həmin şəxslər üçün lazımsız və uğursuz nəticələnəcəkdir, hətta insanları evlilik qərarlarından belə yayındıra bilərlər. Xatrıladaq ki, belə insanlar öz çatışmamazlıqlarını başa düşürlər və bunları idarə etməyə çalışırlar. Bütün bunlara baxmayaraq baş barmağında üzük gəzdirən insanlardan qorxmayın, çünki onlar dava - dalaş axtarmırlar, əksinə ətraflarındakı insanlarla eyni dildə danışıb, harmoniya qurmaq üçün çalışırlar.

Şəhadət barmağı
Bu barmaqda üzük gəzdirmək utancaqlıq, ciddilik və qərar verməkdə çətinlik çəkən şəxslərə aid edilir. Belə insanlar çox vaxtı cəmiyyətlə əlaqə yaratmaqda çətinlik çəkirlər. Lakin bu barmaqda üzük gəzdirən şəxsləri üzüyün gücü düzgün qərar verməyə kömək edir və lider olmağa istiqamətləndirir.Əgər siz görüşə gedərkən qarşınızdakı şəxsin şəhadət barmağında üzük görsəniz, əmin olun ki, onun çox ciddi fikirləri vardır.

Orta barmaq
Qayda kimi orta barmaqda üzük daşıyanlar daha çox nəsillərinə aid edilən nümunələri üzərlərində gəzdirirlər. Xüsusən belə üzüklər ailələrin tarixləri ilə də bağlı olur. Orta barmaqda olan üzüklər rahatlaşmağa kömək edir. Əgər orta barmağında üzük daşıyan şəxslərə rast gəlirsinizsə deməli həmin şəxs olduqca güclü enerjiyə malikdir və hissiyat baxımında da yaxşıdır. Belə insanlarla məhəbbət mənasında görüşə gedirsinizsə taleyinizlə barışın və həyatın sizə verdiklərini qismətiniz kimi qəbul edib, razılaşın.

Nişan barmağı
Nişan barmağında nişan üzüyündən başqa digər üzüklərin hamısı sevgidən, gözəllikdən, təntənədən və incəlikdən bəhs edir. Əgər sizin yanınızdakı şəxs həmin barmağöından üzüyünü heç vaxt çıxarmırsa, deməlıi həmin şəxs əyləncə və xüsusi hisslər axtarır. Həmçinin həmin üzük sahibi haqqında romantik olmasını bildirir.

Çeçələ barmağı
Bu barmağa üzük taxanların dəyişik fikirli olmasından xəbər verir. Hətta eqoizm və yüngül ağıllılığı da bura aid etmək olar. Bu barmaqda üzük daşımaq eyni zamanda azart oyunlarına olan həvəsin də göstəricisidir. Bununla yanaşı aldatmağı sevənlərin xüsusi göstəricisi sayılır. Belə insanlardan yaxşı heç nə gözləmək lazım deyil. Əlbəttə istisnalar da ola bilər, deməli bu səbəblərə görə həmin dəqiqə tanışınızla olan münasibətlərini pozmayın. Yəni həmin şəxslərə sadəcə daha çox diqqət yetirib, fikir verin.
İki və daha artıq üzük daşıyan şəxslərin də xasiyyətini bilmək o qədər də çətin deyil. Barmaqlarda olan üzüklərin sayı artdıqca insanları tanımaq bir o qədər çətinləşir. Bu zaman siz əmin olun ki, bu şəxs olduqca maraqlıdır və özünəməxsus daxili aləmə malikdir. Ola bilər ki, özünə çox da əmin olmasın.


скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız