avq
2023
20:00
191

Hakimlərin Seçki Komitəsi məlumat yaydı

4 avq, 2023
20:00
191

Hakimlərin Seçki Komitəsi məlumat yaydı

Avqustun 4-də hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib.

Bu barədə Den.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, imtahanda 175 namizəd iştirak edib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə yaxın zamanda nəticələr elan olunacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar