avq
2023
23:23
513

NOVXANIDA QORXULU ANLAR-Sürət həddi 50 olan yerdən 120 ilə keçdilər

4 avq, 2023
23:23
513

NOVXANIDA QORXULU ANLAR-Sürət həddi 50 olan yerdən 120 ilə keçdilər - FOTO VİDEO

Abşeronda dəhşətli anlar yaşanıb.

"Den.az" xəbər verir ki, hadisə Novxanı kəndində Salatın Əsgərova küçəsində yaşanıb.


Həmin küçənin sakinləri iddia edirlər ki, həmin ərazi magistral avtomobil yolu deyil, məhəllə arası yoldur. Sürücülər Duz gölündən Novxanı kəndinin içinə, həmçinin Qurd dərəsi yaşayış massivinə keçməklə hərəkət edirlər. A
ncaq axşamlar orada sürət həddi 50 müəyyən olunduğu halda bəziləri 120, hətta daha yüksək sürətlə avtomobillərini idarə edirlər. Sakinlərin iddiaların haqlı olduğunu sübut edən faktlarda var. Məhəlləyə baxan evlərdən birinin təhlükəsizlik kamerası həmin sürücülərin necə gəldi avtomobil idarə etdiklərini lentə ala bilib. Görüntülərdən aydın olur ki, sürücülər sanki yarışa giriblər. 


Qeyd edək ki, mövcud məsələ ilə bağlı aidiyyatı üzrə məlumat verilib. 
Den.az  

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar