avq
2023
11:00
219

Xaçmazda meşə massivinin yaxınlığında YANĞIN - VİDEO

5 avq, 2023
11:00
219

Xaçmazda meşə massivinin yaxınlığında YANĞIN - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Sibiroba kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə hallar Nazirliyindən Den.az-a verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə massivinə yaxın ərazidə məişət tullantıları, qamışlıq və kol-kosun yandığı, alovun meşə ərazisinə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 500m² sahədə məişət tullantıları, 3 ha sahədə kol-kos və 7 ha sahədə qamışlıq yanıb, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar