avq
2023
12:47
245

İtalyan dizayner “Nə oldu, Paşinyan” mahnısına etdiyi rəqsindən DANIŞDI - VİDEO

5 avq, 2023
12:47
245

İtalyan dizayner “Nə oldu, Paşinyan” mahnısına etdiyi rəqsindən DANIŞDI - VİDEO

Dünyaca məşhur italyan dizayner Alessandro Karuso “Nə oldu, Paşinyan?” mahnısının sədaları altında rəqs edərək sosial şəbəkədə paylaşım edib.
Bideo qısa müddətdə milyonlarla istifadəçi tərəfindən bəyənilib.

Azərbaycanlı istifadəçilər onun rəqsinə müxtəlif şərhlər yazıblar.

Moda və dizayn sahəsində fenomen olan Alessandro Karuso “Nə oldu, Paşinyan?” mahnısı ilə bağlı fikirlərini bölüşüb.

Ona Azərbaycan və Qarabağla bağlı da sual ünvanlanıb. Dünyaca məşhur italyan dizaynerin cavabı belə olub:

“Azərbaycan mənim üçün super ölkədir. Gözəl insanları var. Mən Azərbaycanı sevirəm. Mahnıda adı keçən Paşinyanı isə heç tanımıram.

Bilirəm ki, Qarabağ Azərbaycandır. Bir daha vurğulamaq istəyirəm ki, mən bütün dünyanı sevirəm və bununla heç kəsi incitmək istəməmişəm”.

Məşhur dizayner bu il sentyabrda Azərbaycana gəlmək istədiyini də sözlərinə əlavə edib.

Daha ətraflı Xezer TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar