avq
2023
16:46
398

Tanınmış şairənin ailəsində FACİƏ: nəvəsi öldü, oğlu ağır xəsarət aldı

6 avq, 2023
16:46
398

Tanınmış şairənin ailəsində FACİƏ: nəvəsi öldü, oğlu ağır xəsarət aldı

Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Den.az bildirir ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman

Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı da xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

Qeyd edək ki, qəzada ağır xəsarət alan Ayaz Qasımov şairə Çığatelin oğlu, həyatının itirən azyaşlı isə nəvəsidir. (apa)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar