avq
2023
15:53
276

“Den.az” saytının işıqlandırdığı problem öz həllini tapdı: POLİS ƏRAZİNİ NƏZARƏTƏ GÖTÜRDÜ-FOTO/VİDEO

7 avq, 2023
15:53
276

“Den.az” saytının işıqlandırdığı problem öz həllini tapdı: POLİS ƏRAZİNİ NƏZARƏTƏ GÖTÜRDÜ-FOTO/VİDEO

Abşeronda gecə saatlarında sakinlərə qorxulu anlar yaşadan sürücülər üçün tədbirlər görülür.

"Den.az"  sakinlərin şikayəti əsasında işıqlandırdığı prpblem qısa vaxt ərzində öz həllini tapıb. 

Belə ki, Novxanı kəndinin “Salatın Əsgərova” küçəsində yaşayan sakinlər bildirmişdilər ki, həmin ərazi magistral avtomobil yolu deyil, məhəllə arası yoldur. Sürücülər Duz gölündən Novxanı kəndinin içinə, həmçinin Qurd dərəsi yaşayış massivinə keçməklə hərəkət edirlər. Ancaq axşamlar orada sürət həddi 50 müəyyən olunduğu halda bəziləri 120, hətta daha yüksək sürətlə avtomobillərini idarə edirlər. Sakinlərin iddiaların haqlı olduğunu sübut edən faktlarda var. Məhəlləyə baxan evlərdən birinin təhlükəsizlik kamerası həmin sürücülərin necə gəldi avtomobil idarə etdiklərini lentə ala bilib. Görüntülərdən aydın olur ki, sürücülər sanki yarışa giriblər. 

Bu görüntülər yayımlandıqdan dərhal sonra, DİN sakinlərin probleminin həlli üçün ciddi addımlar atıb. Əraziyə Abşeron rayon Polis İdarəsinin DYPŞ-nin əməkdaşları cəlb olunub. Hazırda həmin küçədə ciddi nəzarət tədbirləri həyata keçirilir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar