avq
2023
21:32
241

Şabranda növbəti təmizlik aksiyası keçirilib

7 avq, 2023
21:32
241

Şabranda növbəti təmizlik aksiyası keçirilib -FOTO

Şabran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində "Heydər Əliyev ili" ilə bağlı iməclik keçirilmişdir.

 "Den.az"-ın yerli bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə şəhid Murad Rəsulov küçəsində idarə və müəssisələrin eləcədə yerli bələdiyyə və icra nümayədəliklərinin iştirakı ilə təmizlik işləri aparılmış, zibil tullantıları xüsusi texnikalar vasitəsilə təmizlənmiş, ərazidə olan alaq otları çıxarılmış və ərazi plastik tullantılardan təmizlənərək səliqə-səhman yaradılmışdır.

Aksiyanın keçirilməsində məqsəd rayon daxili ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Nəzərə alsaq ki, yay mövsümü başlanıb, rayona gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Mövsümə uyğun olaraq belə tədbirin keçirilməsi yerli sakinlər tərəfindən də razılıqla qarşılanıb. 
















Nüşabə Mikayılqızı.
Den.az-ın Şimal bürosu.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar