avq
2023
22:26
249

Vətəndaşların NƏZƏRİNƏ: Abşeronda bəzi ərazi və obyektlərdə qaz olmayacaq

7 avq, 2023
22:26
249

Vətəndaşların NƏZƏRİNƏ: Abşeronda bəzi ərazi və obyektlərdə qaz olmayacaq - FOTO

“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Masazır” QPS-də görüləcək təmir işləri ilə bağlı sabah saat 09:00-dan işlər başa çatanadək “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi” və “Duz Zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Den.az"-a “Azəriqaz” məlumat yayıb.


Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Abşeron rayonu üzrə Xırdalan şəhəri ərazisində “Kristal-Abşeron” yaşayış kompleksinin, Masazır qəsəbəsinin, Masazır qəsəbəsi ərazisində yerləşən “Accord Gənclər şəhərciyi”nin, Valideyn himayəsindən məhrum olunmuş kimsəsiz məzunlar yaşayış binasının, Saray qəsəbəsi ərazisində “Saray-H” MTK-nın, “Villa Badam” yaşayış kompleksinin, həmçinin Masazır Duz zavodu, “Bəhrə-2010” MMC, “Üzümçülük”, “Qarant İnşaat”, “Zəhmət Ruzi” MMC, Mühəndislər Universiteti, Asfalt zavod, “S.N İnşaat”, “Mətanət A”, Palitra, “Səhliyalı”, “Halal Nemət Min Bərəkət”, “İpəkyolu”, “Həsənoğlu”, “Azbentonit” sənaye müəssisələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar