10 
avq
2023
00:30
126

“Kanun” qasırğası səbəbindən Cənubi Koreyada 200-dən çox aviareys təxirə salınıb

10 avq, 2023
00:30
126

“Kanun” qasırğası səbəbindən Cənubi Koreyada 200-dən çox aviareys təxirə salınıb - FOTO

“Kanun” qasırğasının Koreya yarımadasına yaxınlaşması 200-dən çox aviareysin təxirə salınmasına səbəb olub.

Məlumata görə, ləğv edilmiş 166 reys kurort Çecu adasına reyslərin payına düşür. Ümumilikdə çərşənbə günü yerli hava limanı 490 reys qəbul etməli idi.


Bundan əlavə, Çecuya dəniz sərnişin daşımaları dayandırılıb. Dəniz sərnişin daşımalarının cümə günü, hava hərəkətinin isə cümə axşamı günortadan sonra bərpası planlaşdırılır.


Qeyd edək ki, qasırğanın avqustun 10-da Koreya Respublikasının cənub sahillərində olacağı proqnozlaşdırılır.


Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar