10 
avq
2023
13:00
234

Azərbaycanda ən çox maaş alan kimlərdir? (SİYAHI)

10 avq, 2023
13:00
234

Azərbaycanda ən çox maaş alan kimlərdir? (SİYAHI)

2023-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5224,3 min nəfər olub, onlardan 4934,5 min nəfərini məşğul əhali təşkil edib.

Den.az bildirir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1726,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898,6 min nəfər, qeyri-dövlət sektorunda isə 827,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1694,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma

sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Eyni zamanda 2023-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3655,6 manat, qeyri neft-qaz sektorunda 864,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 871,2 manat, özəl müəssisələrdə isə 967,4 manat olub.
2023-cü ilin yanvar-may aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)



Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar