11 
avq
2023
14:27
241

Kirayə mənzil bazarında kəskin bahalaşma - Qiymətlər açıqlandı

11 avq, 2023
14:27
241

Kirayə mənzil bazarında kəskin bahalaşma - Qiymətlər açıqlandı

"Şəhərin mərkəzində, xüsusilə ali təhsil ocaqlarının, məsələn, "Elmlər Akademiyası”, "Nərimanov, "Gənclik, "İnşaatçılar” metrostansiyasının yaxınlığında olan kirayə evlərin qiymətində həddindən artıq bahalaşma müşahidə olunur. Bir otaqlı mənzillər 400, 2 otaqlı mənzillər 700, 3 otaqlı mənzillər isə 800 manatdan yuxarı təklif olunur. "Əhmədli”, "Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında isə 1 otaqlı mənzillər 300, 2 otaqlı mənzillər isə 400 manata təklif olunur”.

Den.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib. Onun sözlərinə görə, artıq Bakının kirayə mənzil bazarında böyük canlama müşahidə olunur:



"Ay sonuna kimi bu canlanma pik həddə çatacaq. Getdikcə tələb çoxalır. Artıq tələbələr ali məktəblərə qəbul olunduqlarını öyrəndikcə rayonlardan şəhərə üz tuturlar. Xüsusi ilə birinci kurs tələbələrinin valideynləri kirayə mənzil bazarındadır. Tələbələrin çoxu yeni dərs ilini başa vusa da, kirayə mənzillərini boşaltmayıblar, bəziləri isə evləri təhvil veriblər. Onlar da avqustun sonu, sentyabr ayının əvvəllərində Bakıya üz tutacaqlar. Onların hər birinin bir məqsədi var - övladı üçün şəraitli ev kirayələmək”. 

Ekspert bildirib ki, indi kirayə evlər baha olduğundan 4-5 tələbə bir mənzili kirayələmək məcburiyyətindədir:

"İstəyirlər ki, qiymət ucuz olsun, adam başına heç olmasa 100-150 manat düşsün. Regionlarda əhalinin imkanı yaxşı olmadığından onlar əsasən 4-5 nəfərlik evləri kirayələyirlər. Təəssüf ki, ali təhsil ocaqlarının yataqxanalarının olmaması vlideynləri mənzil kirayələməyə məcbur edir. Birdən-birə tələbin artması qiymətlərə böyük təsir göstərir. Əvvəlki illərdə bir otaqlı mənzil 300 manata təklif olunurdusa, indi artıq 350 manata olub. İki otaqlı mənzlər isə 500 manata təklif edilir. Valideynlər əsasən ali məktəb binalarının yaxınlığında ev kairəyələyirdilərsə, indi qiymət ucuz olsun deyə bir qədər kənara üz tutanlar da var”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar