12 
avq
2023
17:26
281

Lerikdə 17 yaşlı yeniyetmə çayda çimərkən boğulub

12 avq, 2023
17:26
281

Lerikdə 17 yaşlı yeniyetmə çayda çimərkən boğulub -FOTO

Lerikdə çayda bir nəfər boğularaq ölüb.

Den.az-ın yerli bürosunun verdiyi məlumata görə hadisə Lənkəran - Lerik yolunun 23 - cü km Piran kəndi ərazisində qeydə alınıb. Bİləsuvar rayonundan Lerikə istirahətə gedən qohumlar istirahət mərkəzlərinin birində dayanıblar. Ailə üzvlərindən biri 2006 - cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub. A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar